Fiziki
məhdudiyyətli qız və qadınlar arasında “Gözəllik
Müsabiqəsi”
Fiziki
məhdudiyyəti olan vətəndaşların cəmiyyətə
inteqrasiyası məqsədi ilə istər aidiyyəti
olan idarə və müəssisələr, istərsə də QHT-ı
tərəfindən maraqlı layihə və proqramlar
həyata keçirilir. Növbəti dəfə təşkil olunmuş
layihə isə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi,
Respublika “Əlil Qadınlar” cəmiyyətinin
birgə təşkil etdiyi fiziki məhdudiyyətli
qız və qadınlar arasında keçirilən “Gözəllik
müsabiqəsi” idi. Müsabiqəyə 18-35 yaş arası
50 – nəfərdən ibarət fiziki məhdudiyyətli
qız və qadınlar qatılmışdır. Müsabiqənin
keçirilməsi məqsədi ilə Əmək və Əhalinin
Sosial Müdafiəsi Naziri cənab Fizuli Ələkbərov
tərəfindən əmr imzalanmışdır. Müsabiqə 27-
mart tarixində başa çatmışdır. Birinci və
ikinci yerləri tutanlar Türkiyənin Ankara
şəhərində 9 mart 2009 cu ildə təşkil olunacaq
fiziki məhdudiyyətli qız və qadınlar arasında
keçirilən dünya Gözəllik müsabiqəsində iştirak
edəcəklər. Keçiriləcək müsabiqədə Respublika
“Əlil Qadınlar” cəmiyyətinin prezidenti
Məhluqə Rəhimova münsiflər heyətində Respublikamızı
təmsil edəcəkdir. Müsabiqənin qalibləri:
1. Məmmədova Aygül Fərman qızı
2. Şıxəliyeva Bahar Ələkbər qızı
3. Bayramova Diana Müstafa qızı