Sech


 
Azerbaijan
 
English
EV Favorites E-mail
Əsas səhifə:
Missiya:
Fəaliyyət:
Məqsəd və vəzifələr:
Qarşıdakı məqsədləri:
Təşkilat və onun mandatı:
Əlaqələri:
Foto albom:
Regional şöbələr:
Əlaqə:

 

E-mail: mahluga@yahoo.com
union-dpo@baku.az
Web-site: www.dwsa.az
Tel.: (+994 12) 434-48-36, 473-09-88
Mob.: (+994 050) 500 03 01.
Ünvan:
Bakı şəhəri; AZ 1138 Əhməd Cavad 7a.


 

Veb Səhifə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİ-YF) maliyyə dəstəyi ilə hazırlanmışdır.


 

REYTİNQ



 

 


 
 
 
Press Relize:

Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyası 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Mediya Kompanyanın təşkilinə hazırlaşır.
Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasına üzv təşkilat olaraq, Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti (ƏQC) 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar müxtəlif Mediya Kompaniyalar təşkil etmişdir.
2000-ci ildə 189 ölkənin liderləri tərəfindən Yoxsulluğun aradan qaldırılması və Minilliyin İnkişaf Məqsədlərini imzalamışdır.
Dünyada hər il 50 000 insan kəskin aclığın nəticəsində ölür, yoxsullar və varlılar fərqli surətdə kəskin artır. Demək olar ki, dünya əhalisinin yarısı yoxsulluqdan əziyyət çəkir. Onların 70% -ni qadınlar təşkil edir.
Yoxsulluqla Mübarizəyə qoşulan milyonlarla qadınlar qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar gününü xüsusi qeyd etməyə hazırlaşırlar. Yüzdən çox ölkənin vətəndaş cəmiyyətlərini birləşdirən Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış hərəkatı həmin gün öz dövlət rəhbərlərindən qlobal hərəkatın bir qolu olan Gender bərabərliyi ilə bağlı 2000–ci il BMT-də imza atdıqları Minilliyin İnkişaf Məqsədlərinin yerinə yetirilməsi üzrə götürdükləri öhdəliklərin reallaşması istiqamətində siyasi iradə nümayiş etdirərək, təcili təxirəsalınmaz addımlar atsınlar.
Artıq 2006- ci ildən geniş vüsət alan 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar “Gender Bərabərliyi ilə Yoxsulluğa Son Qoyaq” devizi altında dünya qadınları böyük 8-lər də daxil olmaqla yaşından, dinindən və tutduğu vəzifədən asılı olmayaraq, müxtəlif aksiyalara qoşularaq qadınlar arasında yoxsulluq və Gender bərabərsizliyinə qarşı birləşib həmrəylik nümayiş etdirdilər.
Bu il isə 50 milyon insan Gennesin dünya rekordunu təzələyərək, ayağa qalxaraq öz haqlarını tələb etmişlər.

Rekordlar:
Azərbaycan da daxil olmaqla 189 ölkənin yekdilliklə dəstəkləyərək qəbul etdikləri Minilliyin İnkişaf Məqsədlərinin imzalanmasından 7 il yarım keçməsinə baxmayaraq, ifrat yoxsulluğun azaldılması istiqamətində çox cüzi addımlar atılıb. Varlılar və kasıblar, həmçinin ölkələr arasında fərq getdikcə artır. Dünyamızın hal-hazırkı mənzərəsi heç də ürəkaçan deyil; hər dəqiqə bir kasıb ana doğuş zamanı həyatını itirir, hər 3 saniyədən bir yoxsulluqdan 1 körpə ölür… Səbəb çox sadədir: milyonlarla qadın və uşağın ilkin səhiyyə xidmətinə çıxışı yoxdur. 70 milyon qız uşağı məktəbə getmir, oğlan və qız uşaqları arasında ibtidai təhsilə əlçatanlıq təsəvvür edilməz dərəcədə fərqlidir.

80 dən çox qeyri hökumət təşkilatlarının şəbəkəsindən ibarət olan Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasına üzv təşkilatı olan Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti (ƏQC) 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar “Media Kompaniya”lar həyata keçirəcək.

“Media Kompaniya”ya daxil olan proqramlar:

1.Əlil Qadınlar arasında Gözəllik müsabiqəsinin keçirilməsi 27 fevral 2009-cu il.
2. Sahibkar qadınlar haqqında 30-dəqiqəlik sənədli filmin çəkilişi.
3. CASPİAN PLAZA-nın konfrans zalında KİV –in iştirakı ilə konfrans -5 mart, 2009-ci il saat 11-00
4. Filmin nümayişi. 8 Mart 2009.
5. “Gender bərabərliyi ilə yoxsulluğa son qoyaq” devizi altında TOK ŞOU- nun təşkili 19 mart 2009-cu il “İTV”-də.

Milli koalisiya hər bir Azərbaycan vətəndaşını bu dəstək kompaniyalarda iştirak etməyə dəvət edir və Azərbaycan hökumətinin uğurlu iqtiasadi siyasət kursunu əldən verməyərək, yoxsulluğun azaldılmasi və Minilliyin İnkişaf Məqsədlərinin 2015 – ci ilə qədər yerinə yetirilməsi üçün daha uğurlu addımlar atmağa və də 2006-2015 –ci illər üzrə Davamlı İqtisadi İnkişaf Proqramını hazırlamağa çağırır.

Sizi, 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının təşkil etdiyi Mediya Kompaniyada iştirak etməyə dəvət edirik.

Mediya Kompaniya: 5 mart 2009-ci il saat 11-00-də CASPİAN PLAZA-nın konfrans zalında keçiriləcəkdir.


Tədbirdə iştirakınızdan məmnun olardıq!

Qlobal hərəkat və milli koalisiya barəsində daha ətraflı məlumatı www. whiteband.org və www.gcap.az saytlarından əldə edə bilərsiniz.

Əlaqə telefonları: 434 48 36; (050) 255 11 01

Hörmətlə: Təşkilat Komitəsi



 

 

© 2006 Copyright Azərbaycan Respublikası «Əlil Qadınlar» (ƏQC) cəmiyyəti :: The society «Disabled Women» of Azerbaijan Republic
Site by: www.webstudio.az

EV Favorites E-mail