Sech


 
Azerbaijan
 
English
EV Favorites E-mail
HOME PAGE
Mission:
Fəaliyyət:
Aims and Responsibilities
Qarşıdakı məqsədləri:
Achievements to date
Əlaqələri:
Photo Gallery:
Regional şöbələr:
Contacts :

 

E-mail: mahluga@yahoo.com
union-dpo@baku.az
Web-site: www.dwsa.az
Tel.: (+994 12) 434-48-36, 473-09-88
Mob.: (+994 050) 500 03 01.
Ünvan:
Bakı şəhəri; AZ 1138 Əhməd Cavad 7a.


 

Veb Səhifə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİ-YF) maliyyə dəstəyi ilə hazırlanmışdır.


 

RATING



 

 


 
 
 
Həyata keçirilmiş layihələr:

 

Cari və gələcək layihələrin adı:
Layihənin adı: «Əlil qadınlar üçün kompleks tibbi və fizioterapiya xidmətlərinin təşkili»
Sosioloji araşdırmalar nəticəsində aydın olmuşdur ki, əlil qadınların 73%-nin müalicəyə ehtiyacı var. Eyni zamanda onların 91%-nin müalicə olunmağa üçün müəyyən imkanları yoxdur. Bu imkansızlıq maddi vəziyyət və hərəkət etmək çətinliyi ilə xarakterizə olunur. Bütün bunları nəzərə alaraq Bakı şəhərində əlil qadınların tibbi sahədə xüsusi xidmətlərə ehtiyacı olduqlarını zəruri hesab etmək olar.
Layihənin adı: «Qadınlara qarşı olan zorakılığın ictimai psixoloji şəraitinin qarşısının alınması» (əlil qadınların arasında sosioloci araşdırmalar, əlil qadınlar üçün treyninqlər, qadın qrupları üçün trenerlərin hazırlanması, metodik ədəbiyyatın nəşri):
Azərbaycanda əlil qadınlara qarşı olan zorakılığın açıq və kizli faktların araşdırılması, və onların qarşısının alan şəraitlərin yaradılması.
Layihənin adı: «Əlil qadınlara üçün mühasibat yönümlü kompyuter kurslarının təşkili»
Layihənin məqsədləri: Layihənin əsas məqsədi əlil qadınları gələjəkdə işlə tə’min etmək üçün, onların işləmək qabiliyyətlərinin artırılmasına imkan yaratmaq. 3 ay

• Layihənin adı: “Cəmiyyətin yaranması (QHT-nin inkişafı)
Donor: OXFAM
Müddət: 6-ay, May, 1997-ci il
Layihə haqqında mə’lumat:

Qruplar şəklində birləşmiş əlil qadınların layihə əsasında cəmiyyət kimi formalaşması. Əlil qadınlara hansı istiqamətlərdə köməkliklər olunması barədə informasiyaların yığılması. Nəzərdə tutulan cəmiyyətin nizamnaməsinin hazırlanması və qeydiyyata təqdim olunması.

• Layihənin adı: “Rayonlarda cəmiyyətin şö’bələrinin yaradılması”
Donor: İSAR
Müddət: Fevral- İyun, 1998-ci il
Layihə haqqında mə’lumat:

Respublika rayonlarında yaşayan əlil qadınlara köməklik çətin olduğu üçün, onların problemlərinə daha yaxından köməklik etmək naminə, yerlərdə altı rayonda şö’bələrin yaradılması məqsədə uyğun idi və bu şö’bələr yarandı, hal-hazıra kimi fəaliyyət göstərirlər. Məs: Bu layihə hayata keçirildikdən sonra yə’ni rayonlarda şö’bələr yaradıldıqdan sonra, Bərdə rayon şö’bəsinə 12 (on iki) ədəd, sumqayıt şəhər şö’bəsinə 195, Qazax rayon şöbəsinə 8, Şəmkir rayon şöbəsinə 12, Şəki 3, Bakı şəhərinə 500 və.s. ədəd əlil arabasının verilməsinə
köməklik olunmuşdur. Rayon şöbələrində əlil qadınlara humanitar yardımların verilməsi təşkil edilir. “Ümüd” xeyriyyə cəmiyyətinin xətti ilə 2003- cü il 1700 –nəfər uşaq üçün hədiyyəlr, 25 dekabr 2003-cü il tarixində Qazax rayonunda yaşayan 1600- nəfər, 2004 –cü ildə Qazax Bölgə şöbəsinin xətti ilə Akstafa, Qazax və Tovuz rayonlarının 3000- nəfər, əlil və qaçqın qadınlara isti paltarlar və ədyallar, məktəbli ləvazımatları , «ADRA» və «UMKOR” humanitar təşkilatlarının köməyi ilə Bakı, Sumqayıt , Siyəzən və digər bölgələrdə yaşayan minlərlə əlil qadınların ailələrinə geyim ləvazımatları, isti ədyal, gigiyena ləvazımatları ilə təmin olunmuşlar. Bu istiqamətdə aparılan kampanyalar və yardımlar davam edir. Ümumiyyətlə bölgələrdə yaşayan əlil qadınlara təşkilatın şöbə rəhbərləri ilə birgə müxtəlif istiqamətlərdə seminar və treninqlərin keçirilməsinin nəticəsində əldəolunan nəaliyyətlər onların cəmiyyətə intiqrasya olunmalarına, onların potensial imkanlarının araşdırılmasına şərait yaradır. Nəticədə minlərlə əlil qadınlar özləri oz problemlərinin həll olunmasında fəallıq göstərirlər.

• Layihənin adı: Bakı şəhərində “1000 (min) nəfər birinci qrup əlil qadınların arasında sosioloji sorğunun keçirilməsi”
Donor: «OXFAM»
Müddət: Avqust-dekabr, 1998-ci il
Layihə haqqında mə’lumat:

Layihə əsasında sorğunun anket formasında apararaq, əlil qadınların problemlərinin həllinə köməklik göstərmək idi. Hər bir respondent haqqında informasiyaların yığılması tez bir zamanda onların problemlərinin həllinə çox böyük köməklik göstərdi.

• Layihənin adı: “Sumqayıt şəhərində 500 (beş yüz) nəfər birinci qrup əlil qadınların arasında sosioloji sorğunun keçirilməsi”
Donor: İSAR
Müddət: Yanvar-aprel, 1999-ci il
Layihə haqqında mə’lumat:

Sumqayıt şəhərində sosioloji araşdırılmalar nəticəsində aydın olmuşdur ki, burada Sovetlər İttifaqı zamanı tikilmiş kimyəvi fabrik və zavodların çox olması nətijəsində ağır dərəjəli əlil qadınların sayı həddindən artıqdır. Layihənin həyata keçirilməsi ilə əlaqədar, sorğu anketlərinə əsasən ümumi bir siyahı tutulmuş, və bu siyahıya əsasən əlil qadınlar əl arabası ilə tə’min olmuşlar. Hal-hazırda Respublikadakı əl arabasına ehtiyacı olan əlillərin tə’min olunması davam edir.

• Layihənin adı: “Əlil qadınların Sosial Haqları”
Donor: OXFAM
Müddət: 29 Dekabr 1999-cu il – 29iyun 2000-ci il
Layihə haqqında mə’lumat:

Layihənin əsas məqsədi. Əlil qadınların sosial haqlarının müdafiəsində istiqamətində keniş həjmdə iş aparılması idi. Layihəyə əsasən 4 qrup təşkil olunmuşdur:
1. Psixoloji qrup
2. İnformasiya
3. Məşğulluq
4. Hüquq mərkəzi
Bakı şəhərində keçirilən sosioloji araşdırmalar nəticəsində əlil qadınların və ümumiyyətlə əlillərin hüquq pozuntularına çox təsadüf olunur. Belə ki, əlillərin təhsil alması, müalicə olunması, vaxtlı-vaxtında, hansısa bir gəzintilərə çıxması, lazımi yerlərə sərbəst getmələri üçün şərait yox dərəjəsində olduğuna görə, «Əlil adınların Qadınlar» jəmiyyəti bu layihəni həyata keçirmək fikrinə gəlmişdir.

• Layihənin adı: «Ürəyə Yol» layihəsi
Donor: İSAR/ AZƏRBAYCAN
Müddət: 2000- 2001
Layihə haqqında mə’lumat:

Layihə azərbayjanda əlillik problemi ilə bağlı məlumatlandırılmanın yüksəldilməsi məqsədi ilə həyata keçirilmişdir. Əlil Qadınların problemini özündə əks etdirən 9- nömrədən ibarət büllüteyn nəşr olunmuşdur. Rayonlarda (Bərdə, Şəmkir, Sumqayıt, Qazax, Akstafa) əlil qadınlarla dövlət rəhbərlərinin görüşləri keçirilmişdir. SPACE TV– si ilə yaradıcı əlil qadınlarla bağlı 5 sənədli film çəkilərək nümayiş etdirilmişdir.Hüquqları pozulmuş əlil qadınlarının hüquqlarını müdafiə məqsədi ilə hüquqi yardım mərkəzi fəaliyyət göstərmişdir və hal- hazırda fəaliyyət göstərir. Psixoloci yardım mərkəzinin köməyilə həyatına qəsd etmək istəyən yüzlərlə əlil qadınlarımız yenidən həyata qaytarılaraq müxtəlif yerlərdə işlə təmin edilmişlər.

• Layihənin adı: «Ürəyə Yol» layihəsinin davamı olaraq
Donor: Dünya Bankı
Müddət: 12 iyun 2002 (6 ay)
Layihə haqqında mə’lumat:

Əlil qadınların cəmiyyətə intiqrasyası məqsədi ilə Radio proqramın təşkili və Sosial xarakterli sujetlərin çəkilişi və 3- dekabr Əlillərin hüquqlarının Beynəlxalq müdafiəsi günü ilə bağlı 3- günlük satış sərginin təşkili, TOLK-KLUB- ların keçirilməsi istiqamətində aparılan işlər ictimaiyyət arasında qisməndə olsa onlara qarşı münasibətlərin istiləşməsinə şərait yaratdı. Əlilliyin dərki məqsədi ilə curnalistlər üçün keçirilən treyninqdə bu kateqoryadan olan insanları yazıq kimi qələmə fermək yox onlara mövjud şəraitə uyğyn dəstək verərək problemlərinin həllinə yardımçı olmaq istiqamətində iş aparılmışdır. Çünki fiziki məhdüdiyyətli insanlara qarşı müsbət münasibətin yaranması əsasən peşəkar cürnalistlərin üzərinə düşür. Fiziki məhdudiyyətli insanlarla bağlı məlumatlandırılmanın yüksəldilməsi bu insanlar qarşısında yaranan maneələrin aradan qaldırılmasına yardımçı olar. Treyninqda «Xalq», «Azərbayjan», «Naxçıvan», «Respublika», və s qəzetlərin nümayəndələri iştirak etmişlər.Ocümlədən müxtəlif TV kanallarının nümayəndələrinin iştirakı treyninqdə iştirak edən əlil insanlarla onlar
arasında əlaqələrin yaranmasına şərait yaratda. Treyninq zamanı inkişaf etmiş ölkələrdə yaşayan fiziki məhdudiyyətli insanların həyat və fəaliyyəti ilə bağlısosial xarakterli filmlərdə nümayiş etdinrilmişdir.

• Layihənin adı: «Konserv sexinin təşkili»
Donor: Yaponiyanın Azərbaycandakı səfirliyi
Müddət: mart 2002-mart 2003
Layihə haqqında məlumat:

Əlil qadınların işlə təmin olunması məqsədi ilə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Konserv sexi təşkil edilmişdir. Məqsəd Azərbaycanda fiziki məhdudiyyətli insanların işlə təmin olunmasında yaranan maneələrin aradan qaldırılması, və onların işlə təmin olunmalarına köməklik etmək, potensial imkanlarından istifadə edərək ictimaiyyəti məlumatlandırmaq olmuşdur. Layihənin dəstəyi ilə 8- nəfər işlə təmin olunmunmuşdur.

• Layihənin adı: “Dünyaya pəncərə”
Donor: İREX təşkilatı
Müddət: fevral-mart 2003-cü il
Layihə haqqında məlumat:

«Əlil qadınlar» cəmiyyətinin gördüyü işlər, fəaliyyəti, əli qadınların problemləri barədə məlumatlar, həyata keçirilən layihələr barədə məlumatlar bu layihə çərçivəsində açılmış olan WEB-SITE səhifəsinin köməkliyi ilə dünya ictimaiyyətinə çatdırılacaq.

• Layihənin adı: “Evlərdə səyyar xidmət”
Donor: İngiltərə səfirliyi
Müddət: 6 ay
Layihə haqqında məlumat:

«Əlil qadınlar» cəmiyyəti Sumqayıt rayon şöbəsi əlil qalınlara kömək məqsədi liə evlərdə səyyar xidməti təşkil etmişdir. Layihə əsasında əlil qadınlar üçün tikiş sənətini öyrənmək məqsədi ilə kurslar təşkil olunmuşdur. Kursu bitərən əlil qadınlara evdə işləmək üçün tikiş maşınları verilmişdir. Bunun nəticəsidir ki, bir neçə əlil qadın işlə təmin olunaraq maddi problemlərini həll etmək üçün imkan əldə etmişdirlər.

• Layihənin adı: “Birlikdə biz müstəqilik”
Donor: Açıq Cəmiyyət İnstitutu Yardım fondu
Müddət: 9 ay
Layihə haqqında məlumat:

Layihənin məqsədi əlil qadınların cəmiyyətə intiqrasyasının təşkili məqsədi ilə başlanmış məlumatlandırılmanı yüksəldərək yardım göstərmək işini davam etdirmək. Əhalini əlil qadınların həyatı, tələbatı, problemləri ilə məlumatlandırmasını yüksək səviyyədə qurmaq. Bunun da effektli üsulu kimi biz TOLK-KLUB-lar keçirərək görüşlərin təşkilini nəzərdə tutmuşuq ki, bu da fərdi hüquqşünas və psixoloqun jəmiyyətin ofisində keçiriləjək məsləhətləri, sucetlərin hazırlanması, «Birlikdə Biz Mstəqilik» aylıq nəşridir. Siyəzəndə tədbirlər keçirməklə biz vəziyyəti öyrənmək, əlil qadınların tələbatını, yerli əhalinin onlara münasibətini araşdırmaq və müqayisə etmək niyyətindəyik. Aparılan işlərin nətijəsi olaraq layihənin dəstəyi ilə Siyəzəndə yaşayan 200- nəfərdən çox əlil qadınlar və onları əhatə edən minlərlə insanlar bəhrələnəcək.

• Layihənin adı: “Konservi sexinin genişlənməsi”
Donor: Yaponya səfirliyi
Müddət: fevral-mart 2004- cü il
Layihə haqqında məlumat:

Əlil qadınların işlə təmin olunması məqsədi ilə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Konserv sexi təşkil edilmişdir. Məqsəd Azərbaycanda fiziki məhdudiyyətli insanların işlə təmin olunmasında yaranan maneələrin aradan qaldırılması və onların işlə təmin olunmalarına köməklik etmək, potensial imkanlarından istifadə edərək ijtimaiyyəti məlumatlandırmaq olmuşdur. Layihənin dəstəyi ilə 8- nəfər işlə təmin olunmunmuşdur. Daha çox əlil qadının işlə təmin olunması məqsədi ilə “Konservi sexinin genişlənməsi” layihəsi təqdim olunmuş və Yaponiya səfirliyi tərəfindən dəstəklənmişdir. Nəzərdə tutduğumuz Konservi sexinin genişləndirilməsi işi başa çatdıqdan sonra 30 nəfərə yaxın işsiz əlil qadın işlə təmin olunacaq.

• Layihənin adı: “Yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün Respublika Yardımçı İnternat məktəbində 2003 – 2004 cü tədris ilində oxuyan uşaqların geyim ilə təmin olunması”
Donor: Almaniya səfirliyi
Müddət: 3-ay
Layihə haqqında məlumat:
Bu işlərin görülməsində əsas məqsəd yetim və valideyn himayəsindən məhrum olan uşaqların geyim ilə təmin olunmasıdır. 14 noyabr 2001- ci ildə Almanyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə «Əlil qadınlar üçün tikiş sexi»nin yaradılması layihəsi əsasında təşkil olunan sexdə tikilmişdir. Bu layihələrin həyata keçirilməsində əsas məqsəd əlil qadınların işlə təmin olunmasıdır.
Sexdə hal hazırda 15 nəfər əlil qadın işləyir. 12 iyun 2004- cü ildə yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün Respublika Yardımçı İnternat məktəbində 2003 – 2004 cü tədris ilində oxuyan uşaqların geyim ilə təmin olunması layihəsinin həyata keçirilməsində görülən işlər Almanyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçmişdir. Görülən bütün işlərə əsaslanaraq əlil qadınlar, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar həmişə diqqət mərkəzində olduqlarını hiss edirlər. Bununla bərabər təşkilatın öz vəsaiti hesabına bir nəfər oğlan uşağı üçün əlavə olaraq kostyum dəsti və 81 nəfər oğlan uşağı üçün jilet hazırlamışdır. Biz bu işləri davam etdirmək və gələcəkdə daha da çox ehtiyacı olanlara kömək etmək məqsədi ilə tikiş sexini genişləndirmək istəyirik. Tikiş sexini genişləndirməklə biz daha çox əlil qadını işlə təmin etmək və ehtiyacı olanlara köməklik göstərməkdir .

• Layihənin adı: “Hüquqlarımızı qoruyun”
Donor: ABA CELLİ
Müddət: Avqust 2004 - Avqust 2005
Layihə haqqında məlumat:
əsas məqsəd resurs və təlim mərkəzinin yaradılması və Azərbaycan ərazisində əlil qadınların hüquqları ilə bağlı məlumatlandırılması, hüquqi yardım göstərilməsinin təmin olunması məqsədi ilə regionlarda əlaqələrin yaradılmasıdır.
Əlil qadınların birləşməsi onların problemlərinin həlli uğrunda cəmiyyətdə fəal iştirakına səbəb olar.
ABA CEELI- nin Hüquq Resurs Mərkəzi «Əlil Qadınlar» cəmiyyətinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən rayon şöbəlrinin hüquşunaslarına hüquqi təlim kesirilməsini öz üzərinə götürmüşdür və ilk təlim 27 sentyabr 2004-cü ildə keçirilmişdir. Təlimin əsas məqsədi «Əlil qadınlar» cəmiyyətinin hüquqşunasları üçün Bələdiyyələr və Bələdiyyə seçkiləri üzrə əsaslı bilgilərin verilməsidir. Təlimdə iştirak edən hüquqşünaslar rayon şöbələrinin sədirlərinin və ərazidə yaşayan əlilərin Bələdiyyələr və Bələdiyyə seçkilərində fəal iştirak etməsi üçün seminarlar keiçrəjəklər
Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən rayon şöbələrinin fəaliyyətinin güjləndirilməsi, şöbələr arasında əlaqələrin yaradılması da əsas məqsədlərimizdəndir.

• Layihənin adı: “Çörək bişirmə sexinin ” təşkili
Donor: «OXFAM»
Müddət:
Layihə haqqında məlumat:

Əsas məqsəd «Əlil Qadınlar» cəmiyyətinin rayonlarda fəaliyyət göstərən şöbələrində yeni iş yerlərinin yaradılması və əlil qadınların işlə təmin edilməsi. «Əlil qadınlar» Cəmiyyətinin Biləsuvar rayon şöbəsində “Çörək bişirmə sexi ” təşkl edilmişdir və bir neçə əlil qadın işlə təmin olunmuşdur. Gələn gəlirin müəyyən hissəsi Biləsuvar rayon şöbəsinin üzvü olan əlil qadınların maddi problemlərinin həllinə sərf olunacaq.

• Layihənin adı: “Dünyaya pəncərə” layihəsinin davamı
Donor: İREX təşkilatı
Müddət: 6 ay
Layihə haqqında məlumat:

«Əlil qadınlar» cəmiyyətinin gördüyü işlər, fəaliyyəti, əli qadınların problemləri barədə məlumatlar, həyata keçirilən layihələr barədə məlumatlar bu layihə çərçivəsində açılmış olan WEB-SITE səhifəsinin köməkliyi ilə dünya ictimaiyyətinə çatdırılması. İREX təşkilatı tərəfindən hər gün 3 saat olmaqla ayrılan İnternet vaxtının istifadəsi ilə bütün dünyada fəaliyyət göstərən əlil və qrant təşkilatları ilə əlaqələrin yaranması. Əldə olunan məlumatların təşkilatın üzvlərinə və rayonlarada fəaliyyət göstərən şöbələrə çatdırılması. Bunun nəticəsidir ki, təşkilat internet vasitəsi ilə Qlobol Fondla əlaqə yaradaraq layihə göndərilmiş və Fond tərəfindən bəyənilərək qəbul olunmuşdur.

• Layihənin adı: “Bələdiyə və bələdiyə seçkiləri üzrə təlim”
Donor: ABA CEELİ
Müddət: 1 illik
Layihə haqqında məlumat:
əsas məqsəd «Əlil Qadınlar» cəmiyyətinin hüquqşünasları ilə «Bələdiyə və bələdiyə seçkiləri» üzrə treninq keçirmək və əlil qadınların bələdiyə seçkilərində fəal iştirak etməysini təmin etməkdir Treninqin keçirilməsi Azərbaycan ərazisində əlil qadınların «Bələdiyə və bələdiyə seçkiləri» ilə bağlı məlumatlandırılması, seçkilərdə iştirakına yardım göstərilməsinin təmin olunması məqsədi ilə regionlarda treninq kurslarının keçirilməsi.

• Layihənin adı: “Əlillərin təhsil hüquqları”
Donor: ABA CEELİ
Müddət:
Layihə haqqında məlumat:
əsas məqsəd «Əlil Qadınlar» cəmiyyətinin hüquqşünasları ilə “Əlillərin təhsil hüquqları” üzrə treninq keçirmək əlillərin təhsil almasını təmin etməkdir Treninqin keçirilməsi Azərbaycan ərazisində əlil insanların «Əlillərin təhsil hüquqları» ilə bağlı məlumatlandırılması, əlillərin təhsil almasına yardım göstərilməsinin təmin olunması məqsədi ilə regionlarda treninq kurslarının keçirilməsi.




 

 

© 2006 Copyright The society «Disabled Women» of Azerbaijan Republic
Site by: www.webstudio.az

EV Favorites E-mail